Son 20 ildə ABŞ, Skandinaviya və Avstraliyada tək yumurta əkizləri üzərində aparılan səkkiz böyük tədqiqatın hamısı eyni nəticəyə işarə edir: homoseksuallar homoseksual kimi doğulmayıblar.
Tək yumurta əkizləri eyni genlərə və eyni DNT-yə malikdirlər. Doğuş öncəsi bərabər şəraitə məruz qalırlar. Buna görə əgər homoseksuallıq genetik səbəblərə, ya da doğuş öncəsi şəraitə bağlı olsaydı, əkizlərdən birinin homoseksual olduğu hallarda, digəri də 100% homoseksual olmalı idi.
24 il ərzində Yeni Zelandiya hökuməti, 4 il boyunca da BMT üçün tədqiqat aparan, bu günə qədər 10,000 ədəd elmi məqaləsi və tədqiqatı nəşr olunan, homoseksualizmin genetik olub-olmadığı üzərində 20 il araşdırma aparan dr. Neil Whitehead "heç kim homoseksual doğulmur" deyə bildirir və bütün genetika analiz edildikdə hər hansı homoseksualizm geninə rast gəlinmədiyini qeyd edir. Əlavə olaraq, homoseksualizmin genetik mutasiyadan qaynaqlana biləcəyi fikri genetik informasiya ilə tam ziddiyyət təşkil edir. Əvvəla, mutasiya dağıdıcıdır. Bu səbəbdən bir xüsusiyyəti tamamilə fərqli xüsusiyyətə dəyişdirmək kimi bir gücü yoxdur. Mutasiyaya məruz qalan bir gen mütləq pozulmaya məruz qalacaq. Bundan başqa, hər hansı bir insan davranışını formalaşdırmada bir çox gen (minimum beşdən başlayaraq yüzlərlə gen) rol oynamalıdır. Başqa sözlə, belə əhatəli dəyişikliyin mütləq birdən çox gendə meydana gəlməsi lazımdır. Lakin bu mümkün deyil. Belə bir dəyişiklik insanın genetik informasiyasını məhv edəcək, bu da ciddi genetik xəstəliklər, hətta ölümlə nəticələnəcək.
Bu tədqiqatda həmçinin, "homoseksualizmlə doğuş öncəsi hormonlara məruz qalma arasında bir əlaqə olduğu və doğuş öncəsi immunitet sisteminin kişi beyninə hücum etdiyi" kimi bu azğınlığı ağlabatan göstərməyə çalışan digər iddialar da araşdırılmış, ancaq 20 il sürən tədqiqatın sonunda yenə bu iddiaları dəstəkləyəcək heç bir dəlilə rast gəlinmədiyi bildirilmişdir.1
Əlavə olaraq homoseksual insanların beyni ilə, heteroseksual insanların beyni arasında mikro struktur fərq tapma cəhdləri də uğursuzluqla nəticələnmişdir. Sağlam insanlarla homoseksual həyat sürən insanların beyinləri struktur baxımından bir-birindən fərqlənmir.
Aparılan başqa bir araşdırmada isə homoseksual kişilərlə normal kişilər arasında estrogen və ya testosteron səviyyələri baxımından fərq olmadığı məlum olmuşdur.2 Kolumbiya Universitetindən dr. William Byne və dr. Bruce Parsons da yenə homoseksualizmin genetik olduğu istiqamətindəki iddiaları araşdırmış və Whitehead ilə eyni nəticəyə gəlmişlər. Ümumi psixiatriya arxivlərində tədqiqatlarının nəticələrini yayımlayan Byne və Parsons belə bildirir:
"Hazırda bu biologiya nəzəriyyəsini isbat edəcək heç bir dəlil yoxdur... Cinsi təmayülün mövcud bioloji açıqlamalarının tərcih edilməsi çoxsaylı eksperimental göstəricidən çox, psixi-sosial açıqlamaların mövcud vəziyyətinə duyulan narazılıqdan irəli gəlmiş ola bilər".3
Homoseksuallıq üzərində aparılan digər güclü təbliğat da homoseksualların bu azğınlığı davam etdirməkdən başqa çarələri olmadığı, belə doğulduqları və buna nəzarət etməyin, ya da dəyişdirməyin əllərində olmadığına dair iddiadır.
Bu iddianı araşdıran Kolumbiya Universitetindən psixiatriya professoru prof. dr. Robert Spitzer 200-dən artıq insanla görüşmüş və bu şəxslərin böyük əksəriyyətinin terapiya görüb, psixoloji məsləhət aldıqdan sonra homoseksuallığı tərk edib heteroseksual olaraq həyatlarına davam etmək istəklərini dilə gətirdiklərini bildirmişdir.4
Bəs, bu halda, nə üçün təkidlə "bu insanların azğın yaşayışlarına davam etməkdən başqa çarələri yoxdur" şəklində təbliğat davam etdirilir?
1 sentyabr 1991-ci ildə «New York Times» qəzetində qələmə aldığı bir məqaləsində Natalie Angier bu təbliğatın həqiqi məqsədini bu şəkildə ifşa edir:
"Əgər homoseksualizm bir seçim və ya seçimdən çox bioloji hadisə kimi qanuni qəbul edilərsə, bu insanları artıq hərbi xidmətə cəlb etməmək, yaşayış kompleksinə qəbul etməmək, ya da müəllim kimi işlətməmək mümkün olmayacaq ".5
Beləliklə, homoseksuallar cəmiyyətin hər təbəqəsində inkişaf edəcək, homoseksuallıq eyib qəbul edilən - haram - əməl olmayacaq və bu azğınlıq bu yolla cəmiyyət daxilinə rahatlıqla yayılacaq. Cəmiyyətlər daha sürətlə degenerasiyaya məruz qalacaq, mənəvi, əxlaqi dəyərlərini itirmiş cəmiyyət isə daha sürətlə süqut edəcək. Süqut etmiş cəmiyyətlərin daim İngiltərə dərin dövlətinin və onun dəccali çıxıntılarının işinə yarayacağı açıqdır. Cəmiyyətlərdə yayılan hər cür haram əməl və cəmiyyəti məhv edəcək bütün əməllərin İngiltərə dərin dövləti tərəfindən yayıldığını da burada qeyd etmək lazımdır.
Bu hiyləgər planın qarşısını almaq üçün homoseksuallığı ağlabatan göstərəcək saxta elmi açıqlamaların elmi dəlillərlə qarşısını almaq vacibdir.
Homoseksuallıq genetik deyil
Aparılan bütün bu tədqiqatların hamısının gəldiyi nəticə bu olmuşdur: homoseksuallıq genetik deyil. Homoseksuallığın genetik olduğu iddiası yalnız bu insanların azğın davranışlarını ictimaiyyət gözündə normal göstərmə səyindən ibarətdir.
Homoseksuallıq azğınlıqdır və eynilə digər azğın hərəkətlər kimi anadangəlmə deyil. Əxlaqi qüsur şəklində ortaya çıxır. Homoseksuallıq Qurana görə haram əməldir. Quranda Allah homoseksuallığı "çirkin həyasızlıq" kimi təsvir edib:
Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəh-vətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. (Əraf surəsi, 80-81)
Həm uşaqlar, həm də yaşlılar bu təbliğata qarşı çox diqqətli olmalıdırlar. Dövrümüzdə uşaqlar bu cür qeyri əxlaqi həyat yaşayan valideynlərə övladlıq verilmə təhlükəsi ilə üz-üzədir. Bu cür çevrə faktoruna erkən yaşlardan etibarən məruz qoyulduqda onların da bu əxlaqsızlığa doğru sürüklənmə təhlükələri var. Bu səbəbdən bu cür qeyri-etik, batil həyat yaşayan və yanlış model təşkil edəcək insanlara qətiyyən uşaq etibar edilməməlidir. «National Geographic» jurnalının dekabr sayının üz qabığında 9 yaşlı TRANS uşağın şəklinin verilməsi vəziyyətin nə qədər təhlükəli olduğuna işarə edir.
Unudulmamalıdır ki, İngiltərə dərin dövləti hər cür azğınlığı dəstəkləyən qaranlıq quruluşdur. LGBT fəaliyyətlərinə verdikləri əsas dəstəyin səbəbi də buradan gəlir. Allahın haram etdiyi bu çirkin əməli bütün dünyada yaymaq üçün hər cür siyasi, sosial və maliyyə dəstəyi verirlər. Bunu etməkdə əsas məqsəd isə dəccali sistemi dünyaya hakim etmək arzusudur.
Bu qaranlıq mərkəzin unutduğu həqiqət odur ki, yaşadığımız dövr hz. Mehdinin (as) zühur dövrüdür. Peyğəmbərimizin (səv) hədislərində də bildirdiyi kimi, Dəccal, Mehdinin (as) ağıllı və hikmətli elmi mübarizə strategiyaları qarşısında məğlub olmağa məhkumdur:
“Hz. Mehdiyə aralarında qadınların da olduğu 314 nəfər biət edəcək və hər zalım onun qarşısında məğlub olacaq”.
(El-kavlu’l muhatasar fi alamet-il mehdiyy-il muntazar, Hədis no: 27)
Hədisdə də bildirildiyi kimi, hər zalım (dəccalın hər tərəfdarı) Mehdi (əs) qarşısında mütləq ideoloji olaraq məğlub olacaq. Bu Allahın qanunudur. Uca Rəbbimiz Quranda bizə belə müjdə verir:
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)
- http://beforeitsnews.com/alternative/2015/01/scientifically-proven-homosexuality-is-not-genetic-20-years-of-research-more-than-10000-scientific-papers-3095666.html
- https://www.quora.com/Do-gay-people-have-estrogen-in-their-bodies - Green, 1988; Mbugua, 2006
- William Byne and Bruce Parsons, “Human Sexual Orientation: The Biologic Theories Reappraised,” Archives of General Psychiatry, Vol. 50, March 1993: 228-239
- Robert L. Spitzer, “Can Some Gay Men and Lesbians Change Their Sexual Orientation?”, Archives of Sexual Behavior, Vol. 32, No. 5, October 2003: 403-417
- Natalie Angier, quoted in Charles W. Socarides, “A Freedom Too Far,” (Phoenix, Arizona: Adam Margrave Books, 1995), p. 94.