Qurana əsasən, homoseksuallıq qəti şəkildə haramdır

Quranda homoseksuallıq 14 Yanvar 2017 02:10 2435

Qurana əsasən, homoseksuallıq qəti şəkildə haramdır

Allah dinin bütün hökmlərini və xırdalıqlarını Quranda bildirmişdir. Qurana uyğun gəlməyən bütün düşüncə və hərəkətlər tamamilə yanlışdır. Öz həvəs və istəkləri, yaxud cəmiyyətin və atalarının batil ənənələri əsasında din adından fətva verənlər Quranda qınanmışdır.

Dövrümüzdəki cəmiyyətlərdə homoseksuallığın normal hal kimi göstərilib insanların buna təşviq edilməsi Quranda Allahın qəti qadağan etdiyi durumdur.

Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız. (Şüəra surəsi, 165-166)

Allah bizə öz nəfsimizdən tərtəmiz zövcələr vermiş və bunun əksini qadağan edərək nankor olmamağımızı əmr etmişdir.

Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? (Nəhl surəsi, 72)

Son zamanlar insanların bir qismi “hər kəs azaddır”, “hamı istədiyini edə bilər” kimi sözlərlə guya demokratik görünüb bu azğınlığı dəstəkləyir və bunu məşru göstərməyə çalışırlar. Halbuki Qurana tabe olan səmimi müsəlmanın bunu görməzlikdən gəlməsi heç doğru davranış sayılmaz. Çünki Rəbbimiz Quranda bu cür azğınlığa qarşı çıxılmasını əmr edir. Quranda xəbər verilən Lut qissəsində hz.Lutun da qövmü eyni azğınlığa bulaşmışdılar. Qövmünün etdiklərinin yanlış olduğunu onlara bildirən hz.Lut təhdid edilsə də, bundan çəkinməmişdir. Onlara qarşı eyni sərtliyi göstərib bu azğınlığa qarşı olduğunu bildirmişdir.

O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm. (Şüəra surəsi, 168)

Quranda açıq şəkildə qadağan edilən homoseksuallığı leqallaşdırmağa çalışanlara qəti surətdə qarşı çıxmaq lazımdır. Heç kim azğınlığı dəstəkləməyə məcbur edilə bilməz və bu, normal hal kimi qələmə verilə bilməz.