Lut qövmü də təhdidləri yalan saymışdı. Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik. (Qəmər surəsi, 33-34)
Hz. Lutun qövmü homoseksuallığın məşhur olduğu azğın bir qövm idi. Hz. Lut Allah'ın təbliğini gətirdikdə onu inkar etdilər və pozğunluqlarına davam etdilər. Nəticədə Allah Lut qövmünü qorxunc bir fəlakətlə həlak etdi.
Hz. Lutun yaşadığı şəhərin Əhdi-Ətiqdə keçən adı Sodomdur. Arxeoloji qazıntılarda şəhərin İsrail-İordaniya sərhədi boyunca uzanan Duz gölünün (Ölü dəniz) yaxınlarında olduğu aydın olur. Bu qövmün Quranda yazılanlara uyğun şəkildə həlak olduğu aydın olmuşdur.
Allah Quranda belə buyurur:
Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allah'dan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!” Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!” (Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!" (Şuara surəsi, 160-168)
Özlərini doğru yola dəvətinə qarşılıq qövmü hz. Lutu təhdid etdi. Doğru yolu göstərdiyinə görə qəzəbləndilər, onu sürgün etmək istədilər. Bunun uçun də hz. Lut Allah'dan kömək istədi:
Dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” (Ənkəbut surəsi, 30)
Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən qurtar!”(Şuara surəsi, 169)
Sonra Allah iki mələk göndərdi. Hz. Lutu xilas edib səhər vaxtı Lut qövmünü həlak etdi.
And olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!” And olsun ki, səhər tezdən onlarıəbədi bir əzab yaxaladı.(Qəmər surəsi, 37-38)
Quranda qövmün həlakı belə təsvir edilir:
Şəfəq doğanda o dəhşətli səs onları bürüdü. Onların altını-üstünüçevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o yolun üstündə hələ də durmaqdadır! (Hicr surəsi, 73-76)
(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünəçevirdik vəüzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). O zalımlardan də uzaq deyildir! (Hud surəsi, 82-83)
Bu fəlakətdən hz. Lut və "bir ev xalqı" qədər olan iman edənlər xilas edildi. Azğın qövm isə yerlə bir oldu. Hz. Lutun arvadı da iman gətirmədiyi üçün həlak edildi:
Biz onu (Lutu) və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu. Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu! (Əraf surəsi, 83-84)
Lut gölündəki "açıq-aşkar ayələr"
Əmrimiz gəldiyi zaman o yurdun altınıüstünəçevirdik vəüzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq.(Hud surəsi, 82)
Ayədə "üstünü altına çevirmək" ifadəsi ilə güclü zəlzələ ilə bölgənin yerlə bir olduğu izah edilir. Belə, ki Lut gölündə belə bir zəlzələnin meydana gəldiyinə dair "açıq-aşkar dəlillər" mövcuddur.
Alman arxeoloq Werner Keller mövzu haqqında belə deyir: "Bu bölgədə özünü göstərmiş olan çox böyük bir çökmədə partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla birlikdə qorxunc bir zəlzələ olmuş və Siddim Vadisi ilə birlikdə Lut qövmünün şəhərləri də yerin dərinliklərinə qərq olmuşdur". **
Gölə sürüşən şəhərin qalıqlarından bir hissə göl sahilində tapıldı. Bu qalıqlar Lut qövmünün rifah səviyyəsinin olduqca yüksək olduğunu göstərirdi.
Quranda "üzərlərinə palçıqdan bişirilmiş, yığılmış daşlar yağdırdıq" cümləsində isə Lut gölü sahilində meydana gələn vulkan püskürməsi və bunun nəticəsində püskürən "bişirilmiş konsistensiyada" qaya və daşlar izah edilmiş ola bilər. Werner Keller bu mövzu haqqında da belə deyir: "Zəlzələdə yer qabığının çatlayıb çökməsi qabığın altında yatmış vulkanlara sərbəst şərait yaratmışdır. Şerianın yuxarı vadisinde bu gün də sönmüş kraterlərə rast gəlinir, kirəcqatları üzərindəböyük lava kütlələri və bazalt layları yer alıb".
Lava və bazalt layları vulkan partlayışlarının və zəlzələnin olduğunu göstərir. Quranda "üzərlərinə palçıqdan bişirilmiş, yığılmış daşlar yağdırdıq"ifadəsi ilə təsvir edilən hadisə də böyük ehtimalla bu vulkanik partlayışdır. Eyni ayədə "... əmrimiz gəldiyi zaman üstünü altına çevirdik" şəklində ifadə edilən hadisə də Rift Vadisində tektonik mənşəli olan və vulkanların yer səthinə çıxmasına səbəb olan zəlzələ və onun gətirdiyi yarılma və çöküntülər olmalıdır.
Lut gölündə günəş şüaları suya uyğun bucaqla əks olunsa, insanlar bununla çaşqınlıqla qarşılaşar. Suyun içində yaşıl rəngdə ağac gövdələri ilə ağac artıqları görünər. Bunlar da göldəki duzun konservalaşdırdığı ağaclardır. (Harun Yəhya, Qövmlərin Həlakı)
Aparılan araşdırmalarda Lut qövmünü yox edən zəlzələnin olduqca uzun yer qabığı çatı (fay xətti) nəticəsində meydana gəldiyi aydın olur. Şəriyə çayının axışı boyunca 180 metrlik eniş etməsi və Lut gölünün dəniz səviyyəsindən 400 metr aşağı olması böyük bir geoloji hadisənin meydana gəldiyini göstərir.
Lut qövmünün başına gələnlər bütün dünya üçün bir ibrətdir. Hələ də dünyanın bir çox yerində Lut qövmünə bənzər şəkildə əxlaqi degenerasiyamövcuddur və keçmiş qövmlərin başına gələn fəlakətlərdən dərs almamaqda israr edilir.
** Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Confirmation of the Book of Books), New York: William Morrow, 1956