Yenə məşhur bir hekayədir: Bir gün şeyx Səlahəddin bağ saldırmaq üçün pul müqabilində türk rəncbərlər tutdu. Bunu görən Mövlana: "Əfəndi, yəni Səlahəddin bəy, bağ salmaq üçün rumlu rəncbərlər, yıxmaq üçün də türk rəncbərlər tutmaq lazımdır. Çünki dünyanı inşa etmək rumlulara, yıxmaq isə türklərə məxsusdur...hər şeydən arı, pak olan ulu Tanrı dünyanı yaradan zaman əvvəlcə qafil kafirləri yaratdı və onlara uzun ömür, böyük güc verdi. Nəhayət, onlar heç bir şeydən xəbəri olmayan rəncbərlər kimi bu torpaq aləmini inşa etməyə çalışdılar. Sonrakı əsrlərdə yaşayanlara örnək olsun deyə bir çox şəhərlər, dağların təpələrində qalalar və təpələr üzərində tarlalar saldılar. Sonra da yavaş-yavaş bu imarətlərin tamamilə yox olması üçün Tanrının təqdiri belə bir tədbir gördü: Bunları yıxmaq üçün türkləri yaratdı, onlar da çəkinmədən və mərhəmətsizcəsinə gördükləri hər imarəti yıxdılar, xarabalığa çevirdilər və hələ də edirlər, qiyamətə qədər də edəcəklər.
Konya şəhəri də yenə mərhəmətsiz türk zalımlarının əli ilə xarabaya çevriləcəkdir" buyurdular. Belə ki, indi buyurduğu kimi oldu . (Mənakıbü’l Arifin, Əhməd Əflakinin farsca əsəri (1360).
Bu əsər Mövləvi təriqətinin ətraflı şəkildə izah olunduğu kitab kimi tanınır