Anaları təhqir edən sözlər

Bilinməyən Mövlana 9 Oktyabr 2016 00:09 754

Anaları təhqir edən sözlər

Onu yenə xəyaldan, qorxudan, zəndən qurtar. Yenə quyudan çıxar, cəfa boyunduruğundan xilas et.

Bu surətlə də bir könül, sənin gözəl könül almağınla qanadlansın uçsun, bu palçıqdan xilas olsun!

2790. Ey Misir əzizi, ey əhdində duran şəxs, məzlum Yusuf sənin zindanındadır.

Onu qurtarmaq üçün tez bir yuxu gör. Tanrı lütfkarlıq sahiblərini sevər.

Yeddi arıq və xəstə öküz yeddi kök öküzü udur.

Yeddi quru, çirkin və bəyənilməyəcək sünbül yeddi təzə və yamyaşıl sünbülü udur.

Ey əziz, könül Misirində qıtlıq başlayır. Aman padşahım, bunu caiz (halal, normal) görmə.

2795. Padşahım, sənin həbsində bir Yusifəm mən. Lütf et, məni qadınlardan qurtar.

Ərşdə oturub dururdum. Anamın şəhvəti "enin" əmri ilə məni bura atdı. O tam ucalıqdan bir qoca qarının hiyləsi ilə rəhm zindanına düşdüm. Ruhu ta ərşdən bu yurda gətirdi. Xülasə, qadınların hiyləsi çox böyükdür. Enişim əvvəl də qadın ucbatından, sonra da qadın ucbatından. Ruh idim, necə oldu ki, bədənə büründüm?

2800. Ya bu düşkün Yusifin ağlayıb inləməsini eşit, yaxud o aşiq Yaquba mərhəmət et. Qardaşlarımdanmı fəryad edim, qadınlardan mı? Adəm kimi cənnətlərdən düşdüm mən!