Gərdək gecəsi bir oğlanı qadın formasına saldılar

Ədəbsizlik 18 Oktyabr 2016 02:38 1559

Gərdək gecəsi bir oğlanı qadın formasına saldılar

Ondan sonra gərdək gecəsi bir gənci qadın kimi xınaladılar. Əlinə, biləyinə gəlin kimi xına yaxdılar, nökərə toyuq göstərdilər, xoruz verdilər.

Başını örtdülər, o güclü gəncə gözəl gəlin geyimləri geyindirdilər. Gənc tək qalanda dərhal şamı söndürdü. Hindli nökər bu cür güclü gənclə təkbaşına qaldı.

Hindli bağırırdı, amma dəf çalanların səs-küyündən çöldəki heç kim onun fəryadını eşitmirdi. Dəfin çalınması, əl çalmaq, kişilərin və qadınların nərələri nökərin fəryadını örtürdü.

Gənc səhər açılana qədər o hindlini ziyan etdi. Yazıq, itin qarşısındakı un torbasına çevrildi. Səhər tezdən tasla (kasa, qab) böyük bir boxça gətirdilər. Fərəc bəylər kimi hamama yetişdi.

(Məsnəvi, 6-cı cild, 305-ci beyt)

Dövlətlinin qızın anasına “səbir et, nökəri danlama; mən onu danlamadan bu işdən əl çəkdirərəm; həm də elə əl çəkdirərəm ki, nə şiş yanar, nə kabab, xam qalar” deməsi

         Əfəndi, “səbir et”,- dedi arvadına; sən ona de ki, qızı ondan ayırıb sənə verərik.

         Beləcə də bu fikri könlündən çıxaraq; sən hələ bir seyr et, onu bu işdən necə əl çəkdirəcəm.

         Sən könlünü xoş tut; ona de “bunu da bil ki, həqiqətən də qızımız sənin arvadındır.

         Çox xoş, biz bimirdik; öyrəndik, əlbəttə ki, qızımıza daha layiqsən sən.

         Alovumuz bizim manqalımızda qalacaq; Leyla da bizim, sən də Məcnunumuzsan.”

         Belə də de, gözəl xəyallara, gözəl düşüncələrə dalsın; şirin düşüncələr adamı ətləndirir.

290.  Can daşıyan heyvan da ətlənir, amma otla, yemlə ətlənir; insanın ətlənməsi isə ucalıqla, üstünlüklə olur.

         İnsan qulaq yolu ilə, ucalığını eşitməklə dəyişir; heyvan yeyib-içməklə ətlənir.

         Qadın “bu cür böyük biabırçılıq ortada ikən, dilim necə bu cür sözlər söylər?

         Onun xətiri üçün bu cür hərzələri necə qəbul edərəm mən? Söylə, gəbərsin o şeytan niyyətli xain” dedi.

         Əfəndi, - xeyr - dedi, - qorxma, aldat onu; aldat ki, bu gözəl lütfə görə bu xəstəlik keçsin ondan.

         Gözəlim, sən onun dərdini mənə burax; təkcə o incə ələyib, sıx toxuyan sağalsın hələ.

         Qadın o xəstəyə bu sözləri deyəndə, nökər elə qabardı, lovğalandı ki, yer üzünə sığmadı.

         Düzəldi, ətləndi, üzü-bənizi qızardı, qızılgül kimi açıldı; minlərlə dəfə şükür etdi.

         Bəziləri də - gözəlim, bir tələ olmasın bu? - deyirdi.

         Əfəndi toy etdi, Fərəci evləndirirəm deyib xalqa səs saldı.

300.  Gələnlər də, Fərəc, toyun mübarək olsun deyib onu aldadırdılar.

         Axırda Fərəc o sözə yaxşıca aldandı; xəstəliyi kökündən keçdi getdi.

         Ondan sonra gərdək gecəsi bir gənci qadın kimi xınaladılar.

Əlinə, biləyinə gəlin kimi xına yaxdılar, nökərə toyuq göstərdilər, xoruz verdilər.

Başını örtdülər, o güclü gəncə gözəl gəlin paltarı geyindirdilər.

Gənc tək qalanda dərhal şamı söndürdü. Hindli nökər bu cür güclü gənclə təkbaşına qaldı.

Hindli bağırırdı, amma dəf çalanların səs-küyündən çöldəki heç kim onun fəryadını eşitmirdi.

Dəfin çalınması, əl çalmaq, kişilərin və qadınların nərələri nökərin fəryadını örtürdü.

Gənc səhər açılana qədər o hindlini ziyan etdi. Yazıq, itin qarşısındakı un torbasına çevrildi.

Səhər tezdən tasla böyük bir boxça gətirdilər. Fərəc bəylər kimi hamama yetişdi.

310.  O can xəstəsi, hamamçıların önlüyü kimi cırıq-sökük hamama getdi.

         Nökər hamamdan qayıdanda əfəndinin qızı gəlin kimi gəldi, qarşısında oturdu.

         Nökər səhər-səhər qızı sınamasın deyə anası da orada oturmuş, gözləyirdi.

         Nökər kinlə, hirslə qıza baxdı, sonra iki əlinin tərsi ilə get, dedi.

         Heç kim sənin kimi birinə ilişməsin; heç kimin işi sənin kimi mənfur gəlinə düşməsin.

         Gündüz üzün xanımlar kimi təzə, yumşaq; gecələr isə çirkin işin, uzunqulaqdan da betər.

         Bu dünyanın nemətləri də, sınamadan əvvəl bunun kimi çox gözəldir; uzaqdan çox xoş görünür.

         Uzaqdan gözə su görünür; gedib yaxınlaşsan ilğım olduğunu başa düşərsən.

         İylənmiş qoca qarıdır, amma çox yaltaqdır; naz-qəmzələrlə özünü yeni gəlin kimi satır.

         Özünə gəl, üzündəki qırmızı boyaya aldanma; onun zəhərli şərbətini dadmağa çalışma.

320.  Səbir et, çünki səbir sıxıntının açarıdır; səbir et ki, Fərəc kimi yüzlərlə sıxıntıya  düşmə.

         Qidası meydandadır, amma tələsi gizlidir; əvvəlcə nemət verilməsi xoş görünər sənə.