Ədəbsizlik 18 Oktyabr 2016 02:42 1271 Oğlanın iri adamdan qorxması hekayəsi Oğlanın iri adamdan qorxması, həmin adamın “Qorxma, övladım, mən ər deyiləm” deməsi. 3155. İri adam bir oğlanı ələ keçirdi. “Bu adam mənə qəsd edər” deyə uşağın rəngi saraldı. Adam dedi ki “ Gözəlim, əmin ol..sən mənim üstümə çıxacaqsan”. Qorxunc görünsəm də, fikir vermə, bil ki mən bir ibnəyəm. Dəvəyə minirmiş kimi min üstümə, sür”. İnsanların surətləri ilə mənaları da məhz belədir. Zahirdən insan kimi görünürlər, içəridən məlun Şeytan! Ey Ad kimi çox iri adam, sən küləyin təsiri ilə budağın vurduğu nağaraya oxşayırsan. 3160. Tülkü hava ilə dolu tulum kimi bir nağara ucbatından ovunu yelə verdi. Nağarada can olmadığını, içinin hava dolu olduğunu görəndə dedi ki, “Donuz belə bu bomboş tulumdan daha yaxşıdır”. Nağara səsindən tülkülər qorxar, lakin ağıllı insan onu elə döyər ki, getsin!