Nə müsəlmanlıqdır, nə də kafirlik

Bilinməyən Mövlana 9 Oktyabr 2016 00:03 549

Nə müsəlmanlıqdır, nə də kafirlik

Həqiqətən insan olan, insanlıq mərtəbəsinə çatan dinlərdən üstün olmuşdur. O, küfrdən də xilas olmuşdur, imandan da. “Belə ərin küfrünə qarşı iman nədir ki? İman şərabı ilə küfr adlanan quru yer bu növ insanın atəşinə qarşı ancaq çör-çöpdür. İman könül sifətidir, amma könül dənizə daldımı, nəfəs alması mümkündürmü? Gecə küfrdür, iman, şam və işıq. Lakin günəş doğulanda iman küfrə deyər ki: Bəsdir artıq, lüzumumuz yox bizim. At necə yəhərə alışırsa, iman da elə, din atına alışmışdır. Fəqət həqiqət ərinin ata nə ehtiyacı var? "(9) Bu dərəcəyə yüksəlmək üçün də eşqə sarılmaq lazımdır. "Ölümdən əvvəl bir-birimizin qədrini bilməliyik, bir-birimizi sevməliyik. Qul əuzuləri, Qul huvallahları (10) bir-birimizi sevmək üçün oxumalıyıq. "(11). Onsuz da eşq əzəldir, kafirliklə müsəlmanlıq isə çox sonradan meydana gəlmiş bir şeydir! "(12). O qədər küfr və iman bir keyfiyyətdən ibarətdir, halbuki həqiqət mövqeyinə keyfiyyət sığmaz. (Seçmə rübailər, s 10, rübai XXXV.) Bu aləm müsəlmanlıqdan da kənardadır, kafirlikdən də. Orada nə müsəlmanlığın işi var, nə də kafirliyin. (eyni əsər s. 9, rübai XXX) Bu dayanacağa çatanlar su kimi axarlar, amma şərab kimi xalqın içində gedərlər, damarlarında gəzərlər. Ayaqlarını çəkib uzununa yatarlar, yerlərə sərilər, lakin gəmidə səfər edən kimi durmadan gedərlər. (eyni əsər, s.18, rübai LXVII)

Bu zövqün dünyaya yayılması üçün insanları bir dairəyə soxan inanışın bilgisini verən mədrəsə ilə o bilginin hissini yaradıb ətrafa yayan məscidin ortadan qalxmasını, insanlar arasında nifaq ünsürü olan sxolastik bilgi ilə bunu ayağa qaldıran, fəqət bu bilgiyə əsaslanan hissin insan hürriyətinə mane olmamasını XIII yüzillikdə, yəni təxminən 700 il öncə açıqca diləyən və “Mədrəsə ilə minarə dağılmadıqca qələndərlik mərasimi düzənə düşməz. İman küfr, küfr də iman olmadıqca Tanrının heç bir qulu haqqı ilə müsəlman ola bilməz" hökmünü verən Mövlana (s.23, rübai LXXXIX) şəriət ehkamını nəzərdən keçirincə “Şəriət dirilərlə varlılar üçündür. Heç məzardakı ölülərə şəriət hökmləri tətbiq edilə bilərmi? - deyə soruşar və yoxluqla özlərindən keçmiş olanlar, o ölüdən də ölüdürlər.

(9) İman bər-i küfr-i tu iy şah çi kəs başəd
   Simurq-i
ələk pəyma piş-i tu məgəs başəd

(10) Qul əuzulər Quranın son iki surəsidir və “Tanrıya sığınıram, de” ayəsi ilə başlayır. Qul huvallah ondan öncəki, yani 112-ci surədir.

(11) Biya ta kadr-ı yəgdigər bidanim
Ki ta nəgah zi yəkdigər nəmanim

(12) Küfr-ü islan künun aməd işk əz əzələst
  Kafərira ki kəşəd işk ki küffar məgər