“Qadınlarla məsləhətləşməyin” deyir

Qadınlar 18 Oktyabr 2016 02:45 1733

“Qadınlarla məsləhətləşməyin” deyir

 

Məsnəvi, 4-cü cild

2200. Belə olmayan adam diri deyildir ki, İsaya həmdəm olsun...ölü deyildir ki, İsanın ölüləri dirildən nəfəsinə mazhar olsun (şərəflənsin).

Kor canı hər yerə addım atar, atılar-düşər, amma heç cür qurtula bilməz!

 

Gölməçə, gölməçədə balıq ovlayanların biri ağıllı, digəri kəmağıllı, üçüncüsü məğrur, səfeh, qafil və dəyərsiz üç balıqla aqibətləri

Ay inadçı, bu, içində üç böyük balıq olan gölməçənin hekayəsinə bənzəyir.

“Kəlilə”də oxumuş olarsan, amma o qabıq kimidir, bu izahımız isə canın da içidir.

Bir neçə balıqçı gölməçənin yanından keçdilər, o balıqları gördülər.

2205. Dərhal qaçıb tor gətirməyə çalışdılar. Balıqlar bunu başa düşdülər.

İçlərində ağıllı olan yola düşdü, gedilməsi istənilməyən o çətin yola getdi.

Bunlarla danışmayım dedi...fərqli-fərqli fikirlərdə olar, əzmini yavaşladarlar.

Yurdlarının sevgisinə qapılırlar, tənbəllikləri, bilgisizlikləri mənə də sirayət edər.

Məsləhətləşmək üçün yaxşı və diri bir insan lazımdır ki, səni də diriltsin, lakin haradadır elə diri birisi?

2210.Ey yolçu, yolçu ilə məsləhətləş, qadınla deyil... çünki qadının fikri səni topal edər!

Vətən sevgisindən dəm vurma, durma, yeri..vətən oradadır, burada deyil, canım əfəndim!

Vətən istəyirsənsə, çayın o tərəfinə keç... bu doğru sözü əyri və yanlış oxuma!