Cariyənin yolda kölə ilə, evdə sultan ilə macəraları...

Ədəbsizlik 18 Oktyabr 2016 02:33 931

Cariyənin yolda kölə ilə, evdə sultan ilə macəraları...

Məsnəvi,  s.315

Amma belə alovlu-alovlu əkməyə çalışma. İşin sahibi ilə məsləhətləş.

Amma müzakirə harda, ağıl harda? Hərislik insana uçuq yerləri qazdırar, dırnaqlarını uzadar.

Bir gözələ aşiq olanın önündə də sədd vardır, arxasında da. Belə adam artıq önünü, arxasını çətin görər.

3870. Qara sel cana qəsd etməyə gəldisə, bir tülkü aslanı quyuya salar.

Dağ kimi güclü aslanlar quyuda olmayan bir şeyi xəyal kimi görüb özlərini quyuya atarlar.

Heç kimi qadınlarla məhrəm tutma. Çünki kişi ilə qadın pambıq ilə atəşə bənzəyir.

Allahın suyu ilə söndürülmüş atəş həddi-büluğa çatdıqda belə, gərək Yusif kimi pislikdən çəkinsin.

Hündürboy, zərif Züleyxadan gərək aslanlar kimi özünü qorusun.

3875. O igid ər də Mosuldan qayıtdı, yola düşdü. Yolda bir meşəyə, yaşıllığa çatdı.

Eşq alovu elə yanırdı ki, yerlə göyü ayırd edə bilmirdi.

Çadırın içində o ay parçasına qəsd etdi. Ağıl harda, xəlifədən qorxmaq harda?

Şəhvət bu ovalıqda təbil çaldısa, ağıl nə edə bilər ki, ey turp oğlu turp?

Yüzlərlə xəlifə həmin an o ərin atəşli gözündə bir milçəkdən belə daha zəif görünür.

3880. O qadına tapınan ər şalvarını çıxardıb cariyənin ayağının yanında  oturdu. Aləti birbaşa gedəcəyi yerə gedərkən, orduda bir gurultu, güclü qiyamət qopdu.

3885. Dərhal o ay üzlü dilbərin olduğu çadıra qaçdı. O hurinin yanına gələndə aləti hələ də dimdik idi. Elə bir aslanla savaşdı, amma ərliyi yenə də sönmədi, hələ də davam edirdi. (Məsnəvi, 5-ci cild, Beytlər, s316_3890)

3925.  Xəlifə görüşmək istədi, bu məqsədlə o, cariyənin yanına getdi. Ondan danışdı, alətini qaldırdı. O cana canlar qatan, o sevgisini getdikcə artıran gözəli ilə birlikdə olmağa niyyət etdi.

Məsnəvi  s.322

Bil ki, padşahların könüllərində böyük bir ay vardır. Bəziləri qəflət səbəbindən buludun altına girər, amma bu, əhəmiyyətsizdir.

3960. Könüldə gəzib dolaşan zaman bir işıq vardır ki, qəzəb və hirs gəldikdə bir ləyən altında gizlənir.

O fikir indi mənim dostumdur. Deyiləcək sözü deməsən,

Bu qılıncla boynunu vuraram.  Bəhanənin heç bir faydası olmaz.

Doğru danışsan, səni azad edərəm. Tanrıya and olsun, sevincini qırmaram.

Yeddi Quran kitabını bir-birinin üstünə qoyub sözünü tutacağına and içdi.

Cariyənin qılınc qorxusu ilə o sirri xəlifəyə açması, xəlifənin doğru söylə, bu gülüşün sirrini bildir, yoxsa öldürərəm səni deməsi

3965. Cariyə çarəsiz qaldığı üçün əhvalatı anlatdı. O, Zal oğlu Rüstəmin ərliyindən danışdı. Yoldakı gərdəyi, orda baş verənləri bir-bir anlatdı.

Ərin qılıncını çəkib gedişini, aslanı öldürdükdən sonra gəlişini, alətinin hələ də kərgədan buynuzu kimi dik durduğunu söylədi.

Ondan sonra namuslu xəlifənin zəifliyini və siçanın kiçik bir çırtıltısından alətinin söndüyünü görəndə dayana bilməyib güldüyünü bildirdi.

Tanrı sirləri ortaya çıxarır. Madam ki, sonunda bitəcək, pis toxum əkmə.

Su, bulud, atəş və bu günəş sirləri torpağın altından çıxarır.

3967_ Ərin qılıncını çəkib gedişini, aslanı öldürdükdən sonra gəlişini, alətinin hələ də kərgədan buynuzu kimi dik durduğunu söylədi.

Ondan sonra namuslu xəlifənin zəifliyini, siçanın kiçik bir çırtıltısından alətinin söndüyünü görəndə dayana bilməyib güldüyünü bildirdi.