Dərvişin baxışından təhrik olub ihtilam (cinsi boşalma) olan gəncin hekayəsi

Ədəbsizlik 18 Oktyabr 2016 02:28 936

Dərvişin baxışından təhrik olub ihtilam (cinsi boşalma) olan gəncin hekayəsi

Üçüncü bölmə: Mövlanə Cəlaləddin Rumi

Əgər bəşəriyyət sirr saxlasa idi, yaxşılıq və pislik ortaya çıxmazdı.

Görünməyən hər şey ona görünərdi.

 

315. Yenə seçilmiş, dəyərli və tərtəmiz inanc nurları ilə aydınlanmış əziz dostlar belə rəvayət etdilər. Bir gün Mövlanə öz mədrəsəsində belə buyurdu:

“Mövlanə Şəmsəddin Mardini vəli insandır, amma o, özünü tanımır. Ona özünü tanıdaq. Çünki vəlilərdən bəzisi vəliliyini bilməz, bəzisi vəliliyini bilər, amma başqasınınkını bilməz, bəzi kamil ulular da öz vəliliyini və başqasınınkını eynəl-yəqin ilə görər və haqqəl-yəqin ilə bilər. Onlar kamil saqidirlər və hz. Muhəmmədin Kövsər bulağından su içərlər. Bizim bu Şəmsəddinə bir gün Tanrı ərlərindən biri nəzər salmışdı. O mübarək nəzərdən sonra Şəmsəddin dünyada bənzəri olmayan bir vəli oldu.”

Dostlar bu xeyirli xəbəri Şəmsəddinə çatdırıb, “Mövlanə həzrətləri bu gün mədrəsədə bir çox böyüklərin arasında sizin haqqınızda bu cür söylədi” dedikdə Mövlanə Şəmsəddin çox sevindi və “Mövlanənin buyurduğu kimidir” deyib, bu hekayəni danışdı:

Həddi-buluğa çatmışdım. Bir gün Hələb şəhərində mədrəsədə təhsil alırdım.  Hidayəni təkrarlamağa çalışırdım. Birdən bir dərvişin qapıdan içəri girib, məndən su istədiyini gördüm. Dərhal qalxdım, su səhəngini dərvişə verdim və məndəki az miqdarda yeməyi də bu könlü yaralı dərvişin önünə qoydum.

Mənim yerində olan hərəkətimdən dərvişin məmnun olduğunu və qəribə nəzərlə mənə baxdığını gördüm. Onun bu şirin baxışından o qədər zövq aldım ki, ihtilam (cinsi boşalma) oldum və mən o xoşluq içində özümü ələ alana qədər dərvişin gedib yox olduğunu gördüm. O baxışın ləzzəti hələ də ruhumda qalır.

Lakin Mövlanə həzrətləri ilə görüşəndə bu böyüklüyü, onun yaxşılıq və yardım dolu nəzərləri ilə qarşılaşdım. Mövlanənin bu yaxşılığı qarşısında o əvvəlki baxışın şirinliyinin dənizdəki bir damcı sudan və uca bir nur qarşısında bir zərrədən daha az olduğunu anladım.

Tanrıya həmd olsun ki, o Sultanın (Mövlanənin) yardımı və doğru yolu göstərməsi sayəsində bir vəli tanıdım. (Menkibul Arifin, s. 323)