O, kiçik insanlara – sabahın böyüklərinə də hörmət göstərir. Bir gün yolda oynayan uşaqlar Mövlananı gördükdə səcdə edirlər. O da onlara səcdə edir. Ta irəlidə başı oyuna qarışan bir uşaq bu vəziyyəti görüb, bağırır:

-
Dayan, mən də gəlim səcdə edim, amma oyunum qurtarsın!..
Mövlana gözləyir, uşaq oyununu qurtarıb gələnədək gözləyir və bu kiçik insanla bu böyük insan bir-birinə qarşı səcdəyə qapanırlar. (Sipəhsalar, s. 137, Əflaki, 41 a).
Mövlana qulu Tanrı edir, gerçək varlığı yalnız insanda görür. Bir gün arvadı Kira Xatun Mövlananın fəracəsindəki söküyü Mövlananın üstündə tikir. İnsanın üstündə bir şey tikilsə, qisməti qapanar. Söküyü, yırtığı tikilən ağzına bir şey alıb, dişləri ilə tutsa, bu uğursuzluq gedər. Kira Mövlananın üzünə baxır ki, görəsən, ağzında bir şey varmı? Mövlana cavab verir: Tikməyində ol! Qul-huvallah oxuyuram, Tanrını dişlərimlə möhkəm tutmuşam. (Eflaki, 66 b.)
Bir işin edilməsini söylədiyi zaman Şeyx Məhəmməd Hadim “İnşaAllah” dedikdə Mövlana bağırır. Ay axmaq, bəs söyləyən kimdir? (39 b)
Fəqət bu, Tanrılığı özünə həsr etmir. Hamı Odur və insan insanlığını anladıqda O olur.
Bir gün yolda bir gənc görür, dar ağacının dibində, asılacaq. Fəracəsini çıxarıb, gəncin üstünə ataraq uzaqlaşır. Cəlladlar Mövlananın himayəsinə aldığı bu gənci asmırlar. Dairəyə ərz edilir və gənc əfv edilir. Ölümdən xilas olan rum birbaşa Mövlananın mədrəsəsinə gedir. Süryanos adına bir Əlaəddin əlavə edir Mövlana, Varlıq Birliyini nəzakətlə, halla qavrayan Süryanos bir müddət sonra bəzi həddini aşan sözlər söyləməyə başlayır, Tanrı deyir Mövlanaya. “Niyə belə deyirsən” deyənlərə “nə edim” – deyir, “Tanrılıqdan daha üstün bir məqam yoxdur. Olsa idi, o məqamın adını qoyardım Mövlanaya.” (73 a).
Daha da həddini aşan, daha da irəli gedən Süryanos sözləri səbəbindən məhkəməyə göndərilir. Soruşurlar:
-
Sən Mövlanaya Tanrı deyirsənmiş, doğrudurmu?
Süryanos cavab verir:
-
Haşa, mən belə mənasız bir söz söyləmədim. Mən “Mövlana Tanrını yaradandır” - dedim.