Bu kitab Məsnəvidir. Məsnəvi həqiqətə çatma və yəqin sirlərini açma barəsində dini təməllərin təməlidir. Allahın ən böyük fiqhi, Allahın ən aydın yolu, Allahın ən rədd edilməz dəlilidir. Şanları uca, xeyirli yazıçılar öz əlləri ilə yazmışlar onu, tərtəmiz insanlardan başqasının ona toxunmasına icazə verməzlər. Məsnəvi aləmlərin Rəbbi tərəfindən nazil edilib, batil ona nə önündən, nə də arxasından girişə bilər. Allah onu qoruyur, ona nəzarət edir ... (Fussilət surəsi, 42)
MÖVZU İLƏ BAĞLI AYƏLƏR:
“Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir”. (Fussilət surəsi, 42)
“Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır). Ona yalnız pak olanlar toxunur. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir”. (Vaqiə surəsi, 77-80)