Qadınlarla danışın, dediklərinin əksini edin

Qadınlar 9 Oktyabr 2016 23:41 846

Qadınlarla danışın, dediklərinin əksini edin

“Qadınlarla danışın, sonra da dediklərinin əksini edin”. Həqiqətən də onlara qarşı çıxmayanlar həlak oldu. (Məsnəvi, 1-ci cild, 3064-3065-ci beytlər)

Tanrının elçisi "qadınların söylədiyinin əksini edin" sözünü necə də doğru söyləmişdir."  dedi ... Qadınlarla məsləhət edin, sonra onların söylədiklərinin əksinə hərəkət edin. Arvadlarına qarşı çıxmayan kəslər nəfəslərini boşa sərf edirlər.(Ariflerin Menkibeleri, s. 402)

"Bu damdan aşağı atılacağam" dedi xanımına. Qadın qışqırmağa başladı və "Olmaz! ", -dedi. Əri dinləmədi və o yüksək damdan aşağı atlandı. Qəza nəticəsində ayağı qırıldı. Xəstələnib yatağa düşdü.

Bu sırada Şamdan qasidlər gəldi və ona "Bu zamanda irəli gələn atlı qəhrəmanların başçısı sənsən. Böyüklərlə məsləhətləşərək Osmanı aradan qaldırmağımız üçün sən də olmalısan, çünki onun aramızda qalması uzun çəkdi” dedilər.

Bunun üzərindən o da “Səbəbim aşkardır və zülm də insanı rüsvayedəndir. Halımı görürsünüz, heç hərəkət edəcək macalım yoxdur” deyə buyurdu.

Ayağının qırılması sayəsində bu boyun vurmaq hadisəsindən xilas oldu, boyun vuranlarla birlikdə olmadı və "Tanrının elçisi" qadınların söylədiyinin əksini edin” sözünü necə də doğru söyləmişdir. Məni belə böyük bir günah işləməkdən xilas etdi və Tanrının gözə görünməz köməyinə çatdırdı məni", - dedi.

Qadınlarla danışın, sonra onların söylədiklərinin əksinə hərəkət edin.

Arvadlarına qarşı çıxmayan kəslər nəfəslərini boşuna sərf edirlər.(Məsnəvi, 1-ci cild, s.182/2956)

492. Məsnəvi Mövlana Tacəddin əl-Müdərris (Allah ona rəhmət etsin) belə rəvayət etdi. Gəncliyimdə Cəlaləddin Karatayi mədrəsəsində dünyanın dərin alimi Mövlana Rüknəddin Mazəndəraninin (Allah rəhmət etsin) qarşısında dərs oxuyurduq. Alimlərin öndə gələnləri də orada idi. Qapıya bir pərdə asılmışdı. Birdən-birə Mövlananın pərdəni qaldırıb “Salam” verdiyini və “Din alimləri nə ilə məşğuldur?” dediyini eşitdim.

Mövlana Rüknəddin bunu eşidən kimi tələbələri ilə birlikdə ona doğru qaçdı və “Fiqh dərsi ilə məşğul oluruq” dedi.

Bunun üzərindən Mövlana da "Görəsən Allahın fiqhini, elmini və hikmətini harada oxudurlar" deyə soruşub bir ah çəkdi.

Bütün alimlər ağlayıb qışqırıqlar qopardılar. Mövlana da dərhal qalxıb getdi. Hamısı arxasından qaçdılarsa da, nə ona, nə də izinə rast gəldilər. Mövlananın bu heybəti qarşısında ustadımız Rüknəddin də bir həftə xəstələndi, ortalıqda görünmədi.

Xəstəlikdən qalxınca bütün alimlərlə birlikdə Mövlananın mədrəsəsinə gəldi və üzr istədi.

O gün iyirmi bəxtli şagird (məsləhət alan) də Mövlanənin candan müridi oldu.

493. Yenə azı Allah qatında qəbul edilən ulu dostlarımızdan bəziləri belə rəvayət etdilər. Fəqihlərdən zövq və əyləncəyə düşkün olanlar "bir məxluqa səcdə etmək doğru deyil" deyərək yoldaşları pisləyirdilər.


Qulyabanı sənə zərər verər, yoldan azdırar səni. Səndən daha ağıllı neçə kəslər bu yola düşdü.

2960. Yola düşənlərə o pis canlı İblis nələr etdi, Qurandan eşit. Onları əsas yoldan yüz minlərlə il uzaqlara saldı, bədbəxtliyə düçar elədi, çılpaq etdi-getdi.

* Sümüklərini gör, saçlarını seyr et də ibrət al, o yana eşşək sürmə.

Eşşəyin boynunu tut, yola sür onu, yol ərlərinin, yolu gözəl bilənlərin yoluna gətir onu.

Özünə gəl, eşşəyi öz kefinə buraxma, ondan əl çəkmə. Çünki onun eşqi çayırlığa, çəmənliyədir.

Bir nəfəs qəflətə düşüb onu buraxdınsa, çayırlığa doğru neçə fərsəx (uzunluq vahidi) yol gedər.

Eşşək yolun düşmənidir, çayırlıq sərxoşudur ancaq. O, nə qədər eşşək sahibini öldürüb getmişdir.

Yolu bilmirsənsə, eşşək nəyi istəsə, onun əksini et, doğru yol da budur.

Qadınlarla danışın, sonra da nə dedilərsə əksini edin. Həqiqətən də onlara qarşı çıxmayanlar həlak oldu.

Nəfsin istəyi ilə az dostluq et, çünki Allah yolundan səni azdıran odur.

2970. Dünyada yoldaşların kölgəsindən başqa heç bir şey bu diləyi, bu istəyi qırıb keçə bilməz.