Uşaqların ciması (cinsi əlaqəsi)

Ədəbsizlik 18 Oktyabr 2016 02:31 1185

Uşaqların ciması (cinsi əlaqəsi)

Dünyada daima istənilən, arxasınca gedilən, heç cür əl çəkilməyən bu şəhvət bil ki, uşaqların ciması kimidir.

Uşaqların ciması nədir ki? Bir Rüstəmin, bir igidin ciması ilə müqayisədə oyundan ibarətdir.

3435. Xalqın müharibəsi də uşaqların müharibəsi kimidir. Tamamilə mənasız, əsassız və xor görülən!

Hamısı çubuqdan qılınclarla döyüşürlər. Hamısı faydasız bir şeylə məşğul olurlar.

Hamı bizim Burakımız, Düldül yerişli atımız, - deyə bir çubuğa minib.

Bellərində yük var, lakin məlumatsızlıqlarından özlərini yüksək bilib, ata minərək yol getdiklərini sanırlar.

Hələ dur... Xalqın atlıları bir gün atlarını sürərək doqquz qat göydən keçsinlər, siz də baxın!

3440. O gün ruh və mələk Tanrıya doğru ucalar. Ruhun ucalmasından göy titrəyər!

Siz isə ümumiyyətlə uşaqlar kimi ətəyinizə minmisiniz. Ata minmiş kimi ətəyinizin ucunu tutmusunuz!

Tanrıdan “Şübhə yoxdur ki, zənn fayda verməz” hökmü gəlib. Zənn mərkəbi (uzunqulaq) göylərə doğru necə qaçacaq?

İki növ zənn varsa, qüvvət hansındadırsa o seçilər. Lakin Günəş zühur edəndə onun varlığı və parlaqlığı qarşısında inad edilməz.

Məhz onda mindiyiniz şeyləri görərsiniz və anlayarsınız ki, ancaq ayaqlarınıza minmisiniz.

3445. Vəhm (əsli-əsası olmayan fikir), duyğu, düşüncə və anlayışları çubuqdan olan uşaq atı bil!

Qəlb əhlinin elmləri onları daşıyır, Bədən əhlinin elmləri isə özlərinə yükdür.